Paris-2024: Kanada millisinin baş məşqçisi drondan istifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb
Futbol
- 26 iyul, 2024
- 07:02
Kanadanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Beverli Priston vəzifəsindən uzaqlaşdırılıb.
"Report" Kanada Olimpiya Komitəsinə istinadən xəbər verir ki, buna məşqçinin Paris-2024-də Yeni Zelandiyaya qarşı keçirəcəkləri oyun ərəfəsində rəqib komandanın məşqini izləmək üçün dronlardan istifadə etməsi səbəb olub.
Kanada millisinin əməkdaşının idarə etdiyi dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. B.Priston bütün məsuliyyəti öz üzərinə götürüb. Nəticədə 38 yaşlı mütəxəssisin fəaliyyəti araşdırmalar bitənə qədər dayandırılıb.
Olimpiadanın qalan hissəsində Kanada yığmasını meydana Endi Spens çıxaracaq.
Qeyd edək ki, ötən gün A qrupunda keçirilən oyunda Kanada millisi Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib.
Son xəbərlər
16:18
ASCO 35 milyon manat kredit cəlb edib
Maliyyə16:17
"Beşiktaş" qapıçısı ilə yollarını ayırdığını açıqlayıb
Futbol16:10
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin 8 minə yaxın işçisi var
İnfrastruktur16:02
Türkiyəli general: Türk dövlətlərinin birgə hərbi təlimləri təhdidlərə "yalnız deyilik" mesajı verəcək
Hərbi16:02
Azərbaycan və İtaliya 6 illik fasilədən sonra Hökumətlərarası Komissiyanın iclasını Bakıda keçirəcək
Biznes15:57
Rəy
İlham Əliyevin ismarışı - yeni dünya düzənində güclü və haqlı davranış - ŞƏRH
Analitika15:57
"Azercell"dən "iPhone" kampaniyası
Biznes15:55
Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi
Maliyyə15:54