Neymar zədəsini sağaldıb

Futbol
  • 10 fevral, 2026
  • 13:07
Neymar zədəsini sağaldıb

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar zədəsini sağaldıb.

"Report" "ge globo" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu A Seriyasında bazar günü "Velo Klub"la keçiriləcək matçda iştirak edə bilər.

Lakin onun gələn həftənin cümə axşamı reallaşacaq "Atletiko" ilə görüş öncəsi istirahət etmək ehtimalı da istisna olunmur. "Santos"un digər ulduz futbolçusu Qabiqolun da Kuritibada baş tutacaq qarşılaşmanı buraxacağı gözlənilir.

İki aydan çoxdur oynamayan Neymar sonuncu dəfə dekabrın sonunda medial menisk yırtığı səbəbindən artroskopik əməliyyat olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvarında yetirməsi olduğu "Santos"a qayıdan hücumçunun klubla müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir. Karyerası ərzində "Barselona" (İspaniya), PSJ (Fransa) və "Əl-Hilal"da (Səudiyyə Ərəbistanı) çıxış etmiş ulduz oyunçunun hazırkı dəyəri 10 milyon avrodur.

Son xəbərlər

Bütün Xəbər Lenti