"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu iki həftə sonra məşqlərə başlayacaq
Futbol
- 10 oktyabr, 2023
- 07:46
Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsindən ayrılan "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX turunun oyununda sıradan çıxıb.
İsrafilov sözügedən qarşılaşmada zədələnib və daha sonra ağrılar hiss edib. O, klubun həkimi ilə məsləhətləşdikdən sonra yığmanın hazırlıq prosesində iştirak edə bilməyəcəyini söyləyib.
Futbolçu ikihəftəlik müalicədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra doğma meydanda Avstriyanı qəbul edəcək.
Son xəbərlər
06:51
Yaponiyanın "Nikkei" indeksi tarixi rekordu yeniləyib
Digər ölkələr06:17
ABŞ-nin Beyrutdakı səfirliyi vətəndaşları Livanı tərk etməyə çağırıb
Digər ölkələr05:45
Foto
Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var
Hadisə05:26
BMT: Suriya uğurlu bərpa nümunəsi ola bilər
Digər ölkələr04:52
ABŞ-də zavodda zəhərli maddə sızması baş verib, ölən və zərərçəkənlər var
Digər ölkələr04:18
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
Digər ölkələr03:37
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub
Region03:09
ABŞ Ordusu: İranın dəniz blokadası zamanı 29 gəminin hərəkət istiqaməti dəyişib
Digər ölkələr02:41