“Neftçi”nin rəqibi Qazaxıstan millisinin futbolçusunu transfer edib

“Neftçi”nin rəqibi Qazaxıstan millisinin futbolçusunu transfer edib “Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Türkiyə “Beşiktaş”ı Qazaxıstan millisinin futbolçusu Baxtiyor Zaynutdinovu transfer edib.
Futbol
15 Avqust , 2023 13:13
“Neftçi”nin rəqibi Qazaxıstan millisinin futbolçusunu transfer edib

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə “Beşiktaş”ı Qazaxıstan millisinin futbolçusu Baxtiyor Zaynutdinovu transfer edib.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, Rusiyanın MOİK (Moskva) klubunda çıxış edən yarımmüdafiəçi ilə hərtərəfli razılıq əldə olunub.

Transfer İstanbul nəhənginə 4,5 milyon avroya başa gələcək. 25 yaşlı pleymeyker özü isə yeni komandası ilə 4 illik müqavilə imzalayacaq. Zaynutdinov “Beşiktaş”da yerli statusda oynayacaq. Çünki cari mövsümdən tətbiq edilən qaydalara görə, türkdilli ölkələrin bir futbolçusu Türkiyə klublarında əcnəbi sayılmayacaq.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” avqustun 17-də İstanbulda cavab oyununa çıxacaqlar. Bakıdakı ilk görüşdə Türkiyə klubu 3:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi