"Neftçi"nin prezidenti: "Çempionlar Liqası üçün güclü heyət formalaşdıracağıq" - MÜSAHİBƏ

"Neftçi"nin prezidenti: "Çempionlar Liqası üçün güclü heyət formalaşdıracağıq" - MÜSAHİBƏ Bu, ürəyi "Neftçi" ilə döyünənlərin qələbəsidir
Futbol
20 May , 2021 00:30
Neftçinin prezidenti: Çempionlar Liqası üçün güclü heyət formalaşdıracağıq - MÜSAHİBƏ
Kamran Quliyev

"Neftçi"nin prezidenti Kamran Quliyev "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- "Neftçi" "Qarabağ"ın 7 illik hegemonluğuna son qoydu. Necə hisslərdir?

- Danışılası vəziyyət deyil. Nə isə deməyə də güc qalmayıb. Amma Allaha həmd olsun. Komandaya sevgi-məhəbbətlə yanaşan hər kəsi ürəkdən təbrik edirəm. Bu, ürəyi "Neftçi" ilə döyünənlərin qələbəsidir. Uzun fasilədən sonra yenə də zirvədəyik. "Neftçi" sonuncu dəfə 2013-cü ildə çempion olmuşdu. 8 ildir qələbə həsrətində olan azarkeşlərimizə sadəcə, "əhsən" deyirəm.

- Çempionluq sindromunu sındırmaq çoxmu çətin oldu?

- Bizim bugünkü rəqibimizin səviyyəsi o qədər yüksək idi ki, ona bir addım və ya hərəkətlə çatmaq mümkün deyildi. Davamlı, yavaş-yavaş hədəfə yaxınlaşırdıq. "Neftçi" çox uğurlu dönəmdən sonra çətin durumda idi. Elnur Məmmədov, Orxan Hüseynzadə, hazırkı Müşahidə Şurası, keçmiş idman direktorumuz Ceyhun Sultanov və baş məşqçimiz Füzuli Məmmədov, hətta Roberto Bordinin də bugünkü qələbədə payı var. Təbii ki, başda sponsorlarımız və azarkeşlərimiz olmaqla. "Neftçi" cameəsi deyəndə, sadəcə, fanatları nəzərdə tutmuram. Həmçinin bizim qəhrəmanlarımız - klubda çalışan hər kəsin çempionluqda rolu oldu.

- Komandanız qələbə qolunu son dəqiqələrdə vurdu. Bunadək çempionluğa inanırdınız?

- Təbii ki, inanırdıq. Oyunun gedişatı elə idi ki, hər iki komanda qol vura bilərdi. Amma bu gün "Neftçi"sevərlərin üzü gülür. Deməli, qismətimizdə var imiş. Komandanın ruhu, gücü göz qabağında idi.

- Samir Abasov vəzifəsində qalacaqmı?

- Siz zarafat edirsiniz? Əlbəttə, qalacaq. Bu yaxınlarda Müşahidə Şurasının iclası olacaq. Həm orada, həm də ictimaiyyət qarşısında hesabat verməliyik. Hazrda Çempionlar Liqasını düşünmürəm. Amma sabahdan gərək, bu əhval-ruhiyyəni bir kənara qoyaq, gizlədək və yenidən iş başında olaq.

- Belə çıxır ki, komanda heyət baxımından daha da güclənəcək?

- Ola bilər. Çempionlar Liqası başqa səviyyəli turnirdir. Çalışacağıq ki, güclü heyət formalaşdıraq.

- Çempionlar Liqasında da "Qarabağ"ın hegemonluğuna son qoymağı düşünürsünüz?

- Hər şeyi zaman göstərəcək. Biz addım-addım irəliləyirik.

- Komandanın bu uğuru sponsorları daha çox xərcə salmayacaq?

- Sponsorlar hər zaman kluba dəstək olub. Bundan artığını istəyə bilmərik. Bilirsiniz ki, ötən ilin sonunda böyük bir hadisə baş verdi. Torpaqları işğaldan azad etdik. Hazırkı durumda əlavə yük istəmirik. Ötən ildən bu yana büdcədə müəyyən ixtisar da etmişik. Amma faydalı iş əmsalı yüksəlib.

Son xəbərlər

Orphus sistemi