"Qazandığım uğura görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, amma asan deyildi".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Tallison Dias şəxsi instaqram hesabından yazıb.
30 yaşlı müdafiəçi bəzən çempion olacaqlarına tərəddüd etdiyini bildirib: "Müəyyən vaxtlarda bunun mümkünsüz olacağını düşünürdüm. Ancaq məğlubiyyət olanda Tanrının məni davam etməyə cəsarətləndirdiyini hiss etdim".
Braziliyalı oyunçu çempionluq əldə etdikləri üçün çox xoşbəxt olduğunu bildirib. "İnandığımız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər".
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub.