"Neftçi"nin 96 yaşlı potensial rəqibi

"Neftçi"nin 96 yaşlı potensial rəqibi "Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan Yunanıstan "Olimpiakos"u ölkənin ən köklü klublarından biridir.
Futbol
16 İyun , 2021 14:37
Neftçinin 96 yaşlı potensial rəqibi

"Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan Yunanıstan "Olimpiakos"u ölkənin ən köklü klublarından biridir.

"Report"un məlumatına görə, əsası 1925-ci il martın 10-da qoyulmuş Pirey təmsilçisi ev oyunlarını 32 115 nəfərlik "Karaiskakis" stadionunda keçirir. Komandanın ləqəbi "Əfsanə"dir.

Klubun prezidenti Evangelos Marinakis, baş məşqçisi Pedru Martinşdir. 46 dəfə Yunanıstan Super Liqasının qalibi olan "Olimpiakos" 28 dəfə ölkə kubokuna, 4 dəfə isə superkuboka sahib çıxıb. "Qırmızı-ağlar"ın Çempionlar Liqasında ən böyük uğuru 1998/1999 mövsümündə 1/4 finaladək irəliləməsi olub.

"Olimpiakos" ilk dəfə avrokuboklarda Azərbaycan təmsilçisinə rəqib ola bilər.

Qeyd edək ki, "Neftçi" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilis) klubu ilə qarşılaşacaq. Bu raundun matçları iyulun 6-7-də, cavab görüşləri 13-14-də olacaq. II təsnifat mərhələsinin oyunları isə 20-21 və 27-28 iyulda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi