"Neftçi" 5600 manat məbləğində cərimələnib

"Neftçi" 5600 manat məbləğində cərimələnib fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəcəyək
Futbol
6 İyun , 2023 12:26
Neftçi 5600 manat məbləğində cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 5600 manat məbləğində cərimələyib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Qəbələ"yə uduzduqları Azərbaycan Kubokunun final oyununda yaşananlara görə ziyana düşüb.

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.

Son xəbərlər

Orphus sistemi