"Napoli" Xviça Kvaratsxeliyanın maaşını artırmağı düşünür
Futbol
- 05 iyul, 2024
- 15:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Napoli" klubu Xviça Kvaratsxeliyanın maaşını illik 7 milyon avroya qaldırmağı düşünür.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Gürcüstan millisinin üzvü müqavilə müddətini 5 ilə qədər uzadacağı təqdirdə, klub rəhbərliyi onun maaşını üç dəfədən çox artıracaq.
23 yaşlı oyunçunu transfer etmək üçün 110 milyon avro ödəməyə hazır olan Fransa təmsilçisi PSJ isə futbolçunun özünə illik 11 milyon avro maaş verməyə hazırdır. "Napoli" əsas futbolçularından biri olan Kvaratsxeliyanı itirmək istəmir.
Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ildən Neapol təmsilçisinin şərəfini qoruyur.
Son xəbərlər
09:02
Yevlaxda yük avtomobili 12 yaşlı velosipedçini vuraraq öldürüb
Hadisə
09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.11.2026)
Maliyyə
09:01
Azərbaycan Premyer Liqasında XII tura bu gün start veriləcək
Futbol
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.11.2026)
Maliyyə
08:51
İngiltərə Premyer Liqasında 2027/2028 mövsümünün başlanğıc və bitmə tarixləri açıqlanıb
Futbol
08:36
Foto
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
Xarici siyasət
08:23
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur
08:03
Foto
Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib
Xarici siyasət
07:58
"Qiyamət günü təyyarəsi" Trampı Asiya turunda müşayiət edib
Digər ölkələr