"Nant"ın Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu üçün iştirak ərizəsi açıqlanıb.
"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sabahkı qarşılaşmada baş məşqçi Antuan Kombuarenin sərəncamında 23 futbolçu olacaq. Onların 3-ü qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
İştirak ərizəsinə erməni əsilli orta xətt oyunçusu Qor Manvelyanın da adı salınıb.
Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç
Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya
Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen
Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.