"Qəbələ" PSJ-nin yetirməsini transfer edib - VİDEO
Futbol
- 30 yanvar, 2020
- 13:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-2019-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.
Qeyd edək ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.
Son xəbərlər
10:38
AAYDA: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır
İnfrastruktur
10:32
Umarali Raxmonaliyev: "Çempionlar Liqasında və Premyer Liqada yaxşı nəticə üçün mübarizə aparacağıq"
Futbol
10:16
Foto
"Bank Respublika" ADB-dən regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon dollar cəlb edib
Maliyyə
10:11
Foto
Azərbaycan və Türkiyə nağd pul dövriyyəsinin idarə olunmasını müzakirə edib
Maliyyə
10:10
DSMF: Sentyabrda sosial müavinət və təqaüd alanların sayı 885 min nəfəri ötüb
Maliyyə
10:03
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib
Biznes
10:01
Foto
Azərbaycan boksçuları U-15 Avropa çempionatını 10 medalla başa vurublar
Fərdi
10:00
Marian de Yonq: Niderland Azərbaycanla münasibətlərin inkişafı üçün növbəti addımı atmağa hazırdır - Müsahibə
Xarici siyasət
09:58
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət