AVRO-2023: Millimizin oyunlarının təqvimi açıqlandı
- 28 yanvar, 2021
- 17:14
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparacağı A qrupununun təqvimi açıqlanıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, yığma qrupda ilk oyunu bu il iyunun 6-da səfərdə Norveçə, son matçını isə 2022-ci il iyunun 7-də Finlandiyaya qarşı keçirəcək.
2021-ci il
6 iyun
Norveç – Azərbaycan
2 sentyabr
Xorvatiya – Azərbaycan
7 sentyabr
Avstriya – Azərbaycan
8 oktyabr
Azərbaycan – Finlandiya
12 oktyabr
Azərbaycan – Xorvatiya
12 noyabr
Azərbaycan – Avstriya
16 noyabr
Azərbaycan – Norveç
2022-ci il
25 mart
Azərbaycan – Estoniya
3 iyun
Estoniya – Azərbaycan
7 iyun
Finlandiya – Azərbaycan
Qeyd edək ki, turnirin final mərhələsi Gürcüstan və Rumıniyada təşkil ediləcək.
19:10
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.
"Report"un məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.
Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq. Yığmanın Xorvatiya və Avstriya ilə oyunları həmin ilin sentyabr, Finlandiya ilə matçı isə noyabr ayına təsadüf edəcək. Qarşılaşmaların dəqiq tarixi bilinmir.
Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar.