Millimizin futbolçusu: "Yoldaşlıq oyunu olsa da, qələbə hər zaman gözəldir"

Millimizin futbolçusu: "Yoldaşlıq oyunu olsa da, qələbə hər zaman gözəldir" "Sadəcə, bir az bəxtimiz gətirmədi"
Futbol
3 İyun , 2021 16:47
Millimizin futbolçusu: Yoldaşlıq oyunu olsa da, qələbə hər zaman gözəldir

"Hər oyuna qələbə üçün çıxırıq. Bu, bəzən alınır. Bəzən isə təəssüflər olsun ki, istədiyimiz nəticəni qazana bilmirik. Belarus seçməsinə qarşı hesabda geri düşsək də, yaxşı nəticə əldə etdik".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Azər Salahlı Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi öz oyununun da pis alınmadığını söyləyib: "Yarımmüdafiənin cinahında matça başlamışdım. Buna baxmayaraq, həm müdafiədə, həm də hücumda komandaya kömək etməyə çalışdım".

Salahlı Türkiyəyə 1:2 hesabı ilə uduzduqları qarşılaşmanı da xatırlayıb: "Həmin görüşdə də yaxşı çıxış etmişdik. Sadəcə, bir az bəxtimiz gətirmədi. Əlimizə düşən imkanlardan yaxşı istifadə edə bilsəydik, məğlub olmazdıq".

Milli üzvləri yoldaşlıq oyunundan sonra qələbə qazandıqları üçün sevinib və bu, sosial şəbəkərlədə müzakirələrə səbəb olub.

Salahlı bu məsələ haqqında qısa danışıb: "Yoldaşlıq görüşü olsa da, qələbə hər zaman gözəldir. Bu uğuru davam etdirməyə çalışacağıq. Moldova ilə növbəti görüşdə də məqsədimiz yalnız qələbədir".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 6-da Kişineuda Moldovaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi