Millimiz Valeri Lobanovskinin xatirə turnirində - SİYAHI
- 24 may, 2021
- 06:03
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığma mayın 25-də start götürəcək turnirə Ukrayna Futbol Federasiyasının dəvəti ilə qatılacaq.
Beş gün davam edəcək yarışa baş məşqçi Milan Obradoviçin rəhbərliyi altında 24 futbolçu yollanacaq. Onların arasında I Divizionun bombardiri, "Turan Tovuz"un hücumçusu Vidadi Cəfərov da var.
| N. | AD / SOYAD | KLUB |
| 1 | Nicat Mehbalıyev | Sabah |
| 2 | Rüstəm Samiqullin | Sabah |
| 3 | Əlirza Müştəbazadə | Neftçi |
| 4 | Rauf Hüseynli | Qarabağ |
| 5 | Arsen Ağcabəyov | Sabah |
| 6 | Rüfət Əhmədov | Qəbələ |
| 7 | Zamiq Əliyev | Qarabağ |
| 8 | Cəlal Hüseynov | Zirə |
| 9 | Mert Çelik | Neftçi |
| 10 | Elçin Mustafayev | Keşlə |
| 11 | Nihad Qurbanlı | Neftçi |
| 12 | Səbuhi Abdullazadə | Sumqayıt |
| 13 | Asim Əlizadə | Neftçi |
| 14 | Şakir Seyidov | Sabah |
| 15 | Ədilxan Qarəhmədov | Səbail |
| 16 | Veysəl Rzayev | Sabah |
| 17 | Fərid Yusifli | Neftçi |
| 18 | Turan Vəlizadə | Keşlə |
| 19 | Rüfət Abdullazadə | Sumqayıt |
| 20 | Vüsal Əsgərov | Neftçi |
| 21 | İsmayıl Zülfüqarlı | Neftçi |
| 22 | Camal Cəfərov | Sabah |
| 23 | Vidadi Cəfərov | Turan Tovuz |
| 24 | Musa Qurbanlı | Zirə |
Qeyd edək ki, Azərbaycan millisi mayın 26-da Ukrayna, mayın 27-də Özbəkistanla qarşılaşacaq.