Millətlər Liqası: Niderland Uelslə, Ukrayna İrlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Niderland Uelslə, Ukrayna İrlandiya ilə qarşılaşacaq Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.
Futbol
8 İyun , 2022 07:30
Millətlər Liqası: Niderland Uelslə, Ukrayna İrlandiya ilə qarşılaşacaq

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılacaq.

A Liqasının 4-cü qrupunda Niderland yığması Uelsin qonağı olacaq, Belçika isə Polşanı qəbul edəcək. İlk turdan sonra Polşa və Niderland 3 xala malikdir.

B Liqasının 1-ci qrupunda Ermənistan Şotlandiya ilə, Ukrayna isə İrlandiya ilə üz-üzə gələcək. Ukrayna və Şotlandiya qrupda ilk matçlarına çıxacaqlar.

UEFA Millətlər Liqası

A Liqası

4-cü qrup

22:45. Uels - Niderland

22:45. Belçika - Polşa

Xal durumu: Niderland - 3, Polşa - 3, Uels - 0, Belçika - 0

B Liqası

1-ci qrup

22:45. Şotlandiya - Ermənistan

22:45. İrlandiya - Ukrayna

Xal durumu: Ermənistan - 3 (1 oyun), Ukrayna - 0, Şotlandiya - 0, İrlandiya 0 (1 oyun)

Son xəbərlər

Orphus sistemi