UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.
"Report"un məlumatına görə, İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik, 80-ci dəqiqədə isə Kilian Mbappe qələbə topunu vurub.
Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya qazanıb.
Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.
UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib.
"Report"un məlumatına görə, son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.
Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.