Məhəmməd Salah “Mançester Yunayted”ə səfərdə ən çox qol vuran futbolçu kimi tarixə düşüb
Futbol
- 08 aprel, 2024
- 05:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa çərçivəsində “Mançester Yunayted”ə “Old Trafford”da ən çox qol vuran futbolçu kimi tarixə düşüb.
“Report” xəbər verir ki, misirli hücumçu çempionat matçlarında “qırmızı şeytanlar”ı 6 dəfə məyus etməklə yeni rekorda imza atıb.
31 yaşlı forvard son olaraq XXXII turun görüşünün 84-cü dəqiqəsində penaltidən fərqlənərək buna nail olub. O, “Mançester Yunayted”lə səfər qarşılaşmalarında 5 qol vuran “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib.
Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” oyunu 2:2 hesabı ilə başa çatıb.
Son xəbərlər
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda
09:22
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
Futbol
09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Digər ölkələr
08:56
Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Digər ölkələr
08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
Energetika
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol