Mbappe "Real"ın növbəti oyununda da iştirak edə bilməyəcək
Futbol
- 26 iyun, 2025
- 10:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" komandasının futbolçusu Kilian Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxmalı olacaq.
"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumçunun adı qrup mərhələsinin III turunda Avstriya təmsilçisi “Zaltsburq”a qarşı matçın da iştirak ərizəsinə salınmayıb.
Fransalı forvard xəstələndiyi üçün Səudiyyə Ərəbistanın "Əl-Hilal" (1:1) və Meksikanın "Paçuka" (3:1) kollektivləri ilə görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, iyunun 19-da xəstəxanaya yerləşdirilən Mbappe iyunun 25-də komanda ilə məşqlərə qoşulub. İyunun 27-də keçiriləcək “Zaltsburq” - "Real" oyunu Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.
Son xəbərlər
21:44
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Xarici siyasət
21:35
Kanadanın Baş naziri seçkilərə müdaxilə ilə bağlı ABŞ-nin ittihamlarını rədd edib
Digər ölkələr
21:27
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Xarici siyasət
21:20
Gürcüstan və Mərkəzi Asiya ölkələri Orta Dəhlizin potensialını müzakirə edib
Region
21:19
Azərbaycan Basketbol Liqası: "Sabah" turun açılış oyununda məğlub olub
Komanda
21:08
"Eni" Kipr sahillərindəki qaz layihəsi üçün infrastruktura 1,8 milyard dollaradək vəsait ayıracaq
Energetika
20:55
Premyer Liqa: "Zirə" "Sumqayıt"ı məğlub edib
Futbol
20:52
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
İqtisadiyyat
20:48
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Region