"Mançester Yunayted" "Liverpul"a qalib gəlib
Futbol
- 22 avqust, 2022
- 20:53
Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.
"Report"un məlumatına görə, turun son matçında mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 82-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.
Cari mövsümd ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" başçılıq edir.
Son xəbərlər
17:13
DAİM direktoru: "Xocavənddə 17 min hektar yararlı torpaqlardan istifadə edilir".
ASK17:11
Tramp: Rusiya-Ukrayna müharibəsi bitirdiyim doqquzuncu münaqişə ola bilər
Digər ölkələr17:06
Apellyasiya məhkəməsinin qərarından sonra Le Pen Fransa prezidentliyinə namizədliyini irəli sürmək hüququnu saxlayıb
Digər ölkələr17:05
AZAL Qars şəhərinə uçuşlara başlayır
İnfrastruktur17:03
Tramp: Ərdoğan olmasaydı, NATO sammitinə qatılmazdım
Region17:02
Naxçıvanın bəzi ərazilərində su kəsiləcək
İnfrastruktur16:58
Foto
SOCAR "Baleine" yatağında görülən işləri nəzərdən keçirib
Energetika16:57
Tramp: "Toyota"nın Meksikadan ABŞ-yə köçməsi idxal tariflərinin tətbiqinin nəticəsidir
Digər ölkələr16:54