"Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyusonun nailiyyətini təkrarlayıb
Futbol
- 31 yanvar, 2025
- 07:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"da Aleks Ferqyusonun nailiyyətini təkrarlayıb.
"Report"un məlumatına görə, 40 yaşlı mütəxəssis buna komandasının UEFA Avropa Liqası matçında Rumıniyada FCSB-ni məğlub etməklə nail olub.
Amorim Mançester təmsilçisinin tarixində komandaya rəhbərlik etdiyi ilk 4 avrokubok oyununda qalib gələn ikinci baş məşqçidir.
Daha əvvəl bunu 1990/1991 mövsümündə klubun sabiq baş məşqçisi Aleks Ferqyuson bacarıb.
Qeyd edək ki, "Mançester Yunayted" Liqa mərhələsini 18 xalla 3-cü pillədə başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb.
Son xəbərlər
09:27
Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir
Energetika
09:27
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq
Futbol
09:19
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Elm və təhsil
09:19
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə
09:17
Azərbaycanda son 23 ildə yaradılmış yeni generasiya gücünün həcmi açıqlanıb
Energetika
09:12
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir
Futbol
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.10.2026)
Maliyyə
09:04
Foto
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Futbol
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.10.2026)
Maliyyə