"Mançester Yunayted" Ruben Amorimlə yollarını ayırmağının səbəbini açıqlayıb - YENİLƏNİB

Futbol
  • 05 yanvar, 2026
  • 14:42
Mançester Yunayted Ruben Amorimlə yollarını ayırmağının səbəbini açıqlayıb - YENİLƏNİB

İngiltərənin "Mançester Yunayted" komandası baş məşqçisi Ruben Amorimlə yollarını ayırdığını rəsmən elan edib.

"Report" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, rəhbərlik komandanın Premyer Liqada 6-cı sırada yer almasından narazıdır və bu səbəbdən istəksiz olsalar da, dəyişiklik etmək qərarına gəliblər.

Portuqaliyalı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin noyabrında baş məşqçi təyin olunmuşdu.

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ruben Amorimlə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Qərar səhər saatlarında qəbul olunub.

Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin noyabrında baş məşqçi təyin olunmuşdu.

Son xəbərlər

Bütün Xəbər Lenti