"Mançester Siti"nin futbolçusu mövsümü erkən başa vura bilər

"Mançester Siti"nin futbolçusu mövsümü erkən başa vura bilər İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Manuel Akanji mövsümü erkən başa vura bilər.
Futbol
13 fevral 2025 12:40
Mançester Sitinin futbolçusu mövsümü erkən başa vura bilər

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Manuel Akanci mövsümü erkən başa vura bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin zədə səbəbindən yayadək matçlarda iştirak etməmək ehtimalı var.

İsveçrəli oyunçu İspaniya təmsilçisi "Real"a evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sıradan çıxıb.

Qeyd edək ki, Manuel Akanci cari mövsüm 30 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi