Maksim Medvedev: "Hər kəs penalti epizodunda nələrin baş verdiyini görüb"

Maksim Medvedev: "Hər kəs penalti epizodunda nələrin baş verdiyini görüb" "Ümid edirəm ki, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edəcəklər"
Futbol
20 May , 2021 12:44
Maksim Medvedev: Hər kəs penalti epizodunda nələrin baş verdiyini görüb

"Bu oyuna kimi çox uzun və ağır yol keçdik. İrəli çıxmağımıza mane olan çox səbəb var idi. İndi bəlkə də emosiyaların təsiri altındayam. Ona görə də çox şey demək istəmirəm".

"Report"un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra deyib.

32 yaşlı müdafiəçi çempionluq münasibəti ilə rəqibi təbrik edib: "Ümid edirəm ki, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edəcək və ölkəmizin reytinqini artıracaqlar".

Medvedev qarşılaşmadakı mübahisəli penalti epizodları haqqında isə çox danışmaq istəməyib: "Qarşılaşma gedə-gedə nələrin baş verdiyini deyə bilmərəm. Oyunun təkrarına baxanda bütün camaat görür ki, əslində nələr baş verib".

Son xəbərlər

Orphus sistemi