Lüksemburq Futbol Federasiyasının prezidenti erməni təxribatını pisləyib

Lüksemburq Futbol Federasiyasının prezidenti erməni təxribatını pisləyib Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filipp təmsilçiləri “Düdelanj”ın “Qarabağ”a 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin II tur matçında baş verən erməni təxribatını şərh edib.
Futbol
4 Oktyabr , 2019 15:01
Lüksemburq Futbol Federasiyasının prezidenti erməni təxribatını pisləyib

Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filipp təmsilçiləri “Düdelanj”ın “Qarabağ”a 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin II tur matçında baş verən erməni təxribatını şərh edib.

“Report” “L'essentiel”ə istinadən xəbər verir ki, 59 yaşlı funksioner baş verənləri pisləyib: “İdman siyasi mesajları çatdırmaq üçün istifadə edilməməlidir. Bu, tərəfdarlarımızın işi deyil”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra referi Ağdam təmsilçisinin futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.

Son xəbərlər

Orphus sistemi