İcarə əsasında Avstriyanın “Zaltsburq” komandasında çıxış edən “Liverpul”un ispaniyalı dayaq yarımmüdafiəçisi Stefan Bayçetiç mövsümü İspaniyanın “Betis” klubunda davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə
“Stefan Bayçetiç İspaniyanın La Liqa təmsilçisi “Betis”ə icarəyə gedəcək”, – nəşr qeyd edib. Bildirilib ki, futbolçu öncə Avstriyadan Mersisayda qayıdacaq, sonra Betisə yola düşəcək.
Danışıqların aparıldığını insayder Fabritsio Romano
Qeyd edək ki, Bayçetiçin ötən yay icarə əsasında “qırmızı öküzlər”ə keçməsinin səbəblərindən biri də “Liverpul”un sabiq çalışdırıcısı Yürgen Kloppun köməkçisi Pep Lindersin həmin kluba baş məşqçi təyin olunması olub. Lakin niderlandlının vəzifədən kənarlaşdırılması yarımmüdafiəçinin gələcəyinə də, görünür, təsir edib.