İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Liverpul" "Nyukasl" üzərində əzmkar səfər qələbəsi qazanıb.
"Report" xəbər verir ki, oyun 1:2 hesabı ilə yekunlaşıb.
Görüşdə ilk qolu ev sahiblərinin yarımmüdafiəçisi Entoni Qordon 25-ci dəqiqədə vurub. Bundan 3 dəqiqə sonra "qırmızılar"ın müdafiəçisi Vircil van Deyk qırmızı vərəqə alaraq meydanı tərk edib.
Lakin bununla belə "mersisaydlılar" qələbə əzmini qoruyub saxlayıblar.
Belə ki, 81-ci dəqiqədə qonaq komandanın hücumçusu Darvin Nunyes matçda hesabı bərabərləşdirib, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə dubl edərək komandasına qələbə qazandırıb.
"Liverpul" 7 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, "Nyukasl" isə 3 xalla 13-cü yeri tutub.