La Liqa: “Atletiko” səfərdə “Barselona”nı məğlub edib

La Liqa: “Atletiko” səfərdə “Barselona”nı məğlub edib İspaniya La Liqasının 18-ci turunda “Barselona” “Atletiko Madrid”i qəbul edib.
Futbol
21 dekabr 2024 21:58
La Liqa: “Atletiko” səfərdə “Barselona”nı məğlub edib

İspaniya La Liqasının XVIII turunda “Barselona” “Atletiko”nu qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Rikardo De Burqosun idarə etdiyi matç Barselonanın Olimpiya stadionunda baş tutub.

Matçın 30-cu dəqiqəsində Pedri katalonları hesabda irəli çıxarıb. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hücumlarını qolla tamamlaya bilməyiblər. Əvəzində 60-cı dəqiqədə “döşəkçilər” tablodakı rəqəmləri eyniləşdiriblər: argentinalı mərkəz müdafiəçisi Rodriqo de Paul cərimə meydançasının həndəvərindən topu qapıya göndərib. Matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə norveçli hücumçu Aleksander Sörlot qonaqların qələbə qolunu vurub - 2:1.

Qeyd edək ki, 18 turdan sonra “Atletiko” 41 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun artıq keçirən “göy-qırmızılar” isə 38 xalla ikincidirlər. Komandaların ən yaxın təqibçisi isə əzəli rəqibləri “Real”diır (17 oyun, 37 xal).

Orphus sistemi