Kriştianu Ronaldu Avropa çempionatları tarixinə düşüb
Futbol
- 18 iyun, 2024
- 20:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya matçında Portuqaliya millisinin əsas heyətində yer alan Kriştianu Ronaldu yarışın tarixinə düşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu altı Avropa çempionatında iştirak edən yeganə futbolçu ünvanına yiyələnib.
39 yaşlı futbolçu 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb. Ümumilikdə hücumçu 26 matça çıxıb. O, bu görüşlərdə 14 qola, 9 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, K.Ronaldu Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.
Son xəbərlər
21:14
İran Küveytin strateji obyektə hücumla bağlı ittihamlarını təkzib edib
Region
21:01
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Astanada beynəlxalq turnirdə mübarizə aparacaq
Fərdi
20:56
Azərbaycanda zəlzələ olub
Hadisə
20:48
Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır
Digər ölkələr
20:48
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib
Futbol
20:39
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin buraxılış qurğusunu sıradan çıxarıb
Digər ölkələr
20:32
Foto
Mətbuat Şurasında dezinformasiya və manipulyasiya təmayülləri müzakirə edilib
Media
20:14
Foto
Video
Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix
Daxili siyasət
20:12
PSJ-nin qapıçısı Luka Şevalye klubu tərk etməyi düşünür
Futbol