Konfrans Liqası: Qrup mərhələsinin püşkü atılıb

Konfrans Liqası: Qrup mərhələsinin püşkü atılıb UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi başlayıb.
Futbol
27 Avqust , 2021 16:01
Konfrans Liqası: Qrup mərhələsinin püşkü atılıb

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə püşkü Almaniya millisinin sabiq futbolçusu Lorik Sana və Türkiyə yığmasının keçmiş oyunçusu Nihat Kahveçi çəkib.

Püşk nəticəsində "Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) komandalarına rəqib olub.

Bütün qrupların tərkibi:

A qrupu: LASK (Avstriya), "Makkabi" (Təl-Əviv, İsrail), "Alaşert" (Ermənistan), HİK (Finlandiya)

B qrupu: "Gent" (Belçika), "Partizan" (Serbiya), "Flora" (Estoniya), "Anortosis" (Kipr)

C qrupu: "Roma" (İtaliya), "Zarya" (Luqansk, Ukrayna), "MOİK-Sofiya" (Bolqarıstan), "Budyo Qlimt" (Norveç)

D qrupu: AZ (Niderland), ÇFR (Kluj, Rumıniya), "Yablonets" (Çexiya), "Randers" (Danimarka)

E qrupu: "Slaviya" (Praqa, Çexiya), "Feyenoord" (Niderland), "Union Berlin" (Almaniya), "Makkabi" (Hayfa, İsrail)

F qrupu: "Kopenhagen" (Danimarka), PAOK (Yunanıstan), "Slovan" (Bratislava, Slovakiya), "Linkoln" (Cəbəllütariq)

G qrupu: "Tottenhem" (İngiltərə), "Renn" (Fransa), "Vitess" (Niderland), "Mura" (Sloveniya)

H qrupu: "Bazel" (İsveçrə), "Qarabağ" (AZƏRBAYCAN), "Kayrat" (Qazaxıstan), "Omoniya" (Kipr).

Son xəbərlər

Orphus sistemi