KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə danışıq aparır"

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə danışıq aparır" Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir
Futbol
15 May , 2023 09:40
KİV: Neftçinin baş məşqçisi Rumıniya klubu ilə danışıq aparır

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın adı yenidən Rumıniyanın “Universitatya Krayova” klubu ilə hallanır.

"Report" xəbər verir ki, "ProSport" nəşri 48 yaşlı mütəxəssisin “Universitatya Krayova” ilə danışıqlar apardığını yazıb.

Klub UEFA Konfrans Liqasına vəsiqə qazana bilməsə, Eugen Neago ilə vidalaşacaq. Rumıniya təmsilçisinin maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfı bu posta gətirmək niyyətindədir.

Digər iddiaya görə, baş məşqçi razılıq əldə edəcəyi təqdirdə, “Universitatya Krayova”da yay transfer pəncərəsinə tam nəzarət etməyi planlaşdırır.

Qeyd edək ki, mütəxəssisin “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, "ağ-qaralar"a keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nın sükanı arxasında olub.

Son xəbərlər

Orphus sistemi