Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.
“Report”un IFFHS-nin rəsmi saytına istinadən məlumatına görə, İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne üçüncü dəfə reytinqdə birinci olub.
181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.
5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.
Futbolçu |
Ölkəsi |
Klubu |
Xal |
|
1 |
Kevin De Bruyne |
Belçika |
“Mançester Siti” (İngiltərə) |
181 |
2 |
Lionel Messi |
Argentina |
“İnter Mayami” (ABŞ) |
100 |
3 |
Bernardo Silva |
Portuqaliya |
“Mançester Siti” (İngiltərə) |
78 |
4 |
Cud Bellinqem |
İngiltərə |
“Real” (İspaniya) |
70 |
5 |
Martin Edeqor |
Norveç |
“Arsenal” (İngiltərə) |
18 |
6 |
Camal Musiala |
Almaniya |
“Bavariya” (Almaniya) |
17 |
7 |
Toni Kroos |
Almaniya |
“Real” (İspaniya) |
15 |
8 |
Pedri |
İspaniya |
“Barselona” (İspaniya) |
12 |
9 |
Federiko Valverde |
Uruqvay |
“Real” (İspaniya) |
11 |
10 |
Bruno Fernandeş |
Portuqaliya |
“Mançester Yunayted” (İngiltərə) |
10 |