"Kəpəz" yeni futbolçu transfer etdiyini açıqlayıb

Futbol
  • 07 avqust, 2025
  • 21:05
Kəpəz yeni futbolçu transfer etdiyini açıqlayıb

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Vitor Feijaonu heyətinə cəlb edib.

Klubdan "Report"a verilən məlumata görə, braziliyalı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Feijaonun son klubu Avstraliyanın "Sentral Kost Mariners" klubu olub.