Hindistanda yük maşını ilə avtobus toqquşub, 23 nəfər ölüb

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 18:35
Hindistanda yük maşını ilə avtobus toqquşub, 23 nəfər ölüb

Hindistanın Assam ştatında konteyner daşıyan yük maşını ilə sərnişin avtobusunun üz-üzə toqquşması nəticəsində azı 23 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Məktəblilər də daxil olmaqla 35-dən çox sərnişin daşıyan avtobusun yüksək sürətlə hərəkət etdiyi ehtimal olunur.

"Avtobus parkın yaxınlığında tətbiq edilən məhdudiyyətləri pozaraq çox yüksək sürətlə hərəkət edirdi. Hesab edirik ki, qəza mikroavtobus sürücüsünün idarəetməni itirməsi və nəqliyyat vasitəsinin konteyner daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib", - yerli hakimiyyət orqanlarının nümayəndəsi bildirib.