Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Hadisə
  • 13 noyabr, 2026
  • 18:35
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini, 2005-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi