"Karvan-Yevlax"ın məşqçisi: "Komandamızın oyununda yüksəliş hiss olunur"
Futbol
- 20 dekabr, 2025
- 17:51
"Karvan-Yevlax"ın oyununda yüksəliş hiss olunur.
"Report" xəbər verir ki, bunu Yevlax təmsilçisinin məşqçisi Füzuli Məmmədov "Neftçi"yə qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.
O, məğlub olduqları oyunu şərh edib:
"Gərgin oyun olacağını bilirdik. "Neftçi"ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü "Karvan-Yevlax" olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" oyunu Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Son xəbərlər
19:41
Foto
Monteneqro şirkətləri sənaye zonalarında investisiya imkanlarından yararlanmağa dəvət olunub
Maliyyə19:33
"Fənərbağça"nın prezidenti sərbəst buraxılıb
Region19:26
Çin raket vasitəsilə orbitə eksperimental rabitə peyki çıxarıb
Digər ölkələr19:11
İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur
Region19:01
KİV: Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək
Digər ölkələr18:51
Foto
17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizə başa çatıb
Fərdi18:32
Ordubadda avtobus qaz kəmərini zədələyib, bir qrup abonent istiliksiz qalıb
Energetika18:30
"Zirə" Premyer Liqanın XVI turunda "İmişli" ilə bərabərə qalıb
Futbol18:25