İtaliya mafiyası millinin sabiq futbolçusunun ailəsini hədələyir
Futbol
- 05 fevral, 2024
- 06:54
Kalabriya mafiyası İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzonun ailəsindən pul tələb edir.
"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, hazırda Fransada "Marsel"in baş məşqçisi olan mütəxəssisin atası sahib olduğu torpaq sahəsinə fotovoltaik panellər quraşdırmağı planlaşdırıb.
O, bu layihə üçün 80 min avro maliyyə alıb.
Mafiyanın Qattuzonun ailəsindən pul tələb etdiyi və onun qızının avtomobilini iki dəfə yandırdığı bildirilib. Bununla da onların yığmanın keçmiş üzvünə təzyiq göstərmək istədiyi vurğulanıb. Daha sonra 46 yaşlı baş məşqçinin atası polisə müraciət edib və məsələ ilə bağlı araşdırma başlayıb. Hazırda iki nəfərin saxlanıldığı deyilir.
Qeyd edək ki, Cennaro Qattuzo 2023-cü ilin sentyabrından "Marsel"də işləyir.
Son xəbərlər
20:56
Misir XİN rəhbəri: Qəzzaya tezliklə beynəlxalq qüvvələr yerləşdirilməlidir
Digər ölkələr20:43
Foto
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub
Elm və təhsil20:35
Foto
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə başa çatıb
Fərdi20:28
Foto
BDU-nun dosenti Eldar Kərimov vəfat edib
Elm və təhsil20:14
Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumundan sonra Moldova Rumıniyadan kömək istəyib
Digər ölkələr19:58
Əl Şaraa: Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək
Digər ölkələr19:39
AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub
Futbol19:35
Ferstappen "Formula 1" üzrə Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsində qalib gəlib
Formula 119:34
Foto