İsveç millisinin hücumçusu: “Bu fəlakət idi, belə şey baş verməməli idi”

Futbol
  • 17 noyabr, 2023
  • 10:18
İsveç millisinin hücumçusu: “Bu fəlakət idi, belə şey baş verməməli idi”

“Bu fəlakət idi, belə şey baş verməməli idi”.

“Report”un məlumatına görə, bunu İsveç millisinin hücumçusu Viktor Dyekereş Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Portuqaliya təmsilçisi “Sportinq”də çıxış edən 25 yaşlı futbolçu oyunun taleyinin erkən həll olunduğunu bildirib: “Rəqib ilk 6 dəqiqədə iki qol vurdu. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Milli komandamız son turda Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki qarşılaşma noyabrın 19-da gerçəkləşəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti