İsveç millisinin futbolçusu 2024-cü ildə 60-cı qolunu vurub

Futbol
  • 06 dekabr, 2024
  • 06:03
İsveç millisinin futbolçusu 2024-cü ildə 60-cı qolunu vurub
Viktor Dyekereş

Portuqaliyanın "Sportinq" klubunun və İsveç millisinin futbolçusu Viktor Dyekereş 2024-cü ildə 60-cı qolunu vurub.

"Report"un məlumatına görə, hücumçu bunu Portuqaliya çempionatının XIII turunda "Moreyrense" ilə matçda gerçəkləşdirib.

V.Dyekereş "Sportinq"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşün 12-ci dəqiqəsində fərqlənib. O, 60 qoldan onunu millinin heyətində vurub.

Qeyd edək ki, "Sportinq" hazırda 33 xalla Portuqaliya çempionatının turnir cədvəlində liderdir. V.Dyekereş 17 qolla bombardirlər siyahısına başçılıq edir.

Son xəbərlər

Bütün Xəbər Lenti