İngiltərə Premyer Liqası: “Arsenal” London derbisindən qalib ayrılıb
Futbol
- 21 avqust, 2023
- 20:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının ikinci turunun sonuncu oyununda London “Kristal Pelas”ı eyni şəhərin “Arsenal” komandasını qəbul edib.
“Report” xəbər verir ki, matç Kroydon borosundakı “Selhert Park” stadionunda baş tutub.
Qırmızı vərəqə və bir qolla yadda qalan oyun “topçular”ın qələbəsi ilə başa çatıb. Belə ki, 53-cü dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqaard penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb. 14 dəqiqə sonra qonaq komandanın heyətində Takehiro Tomiyasu ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub.
Qarşılıqlı hücumlara baxmayaraq, oyunda başqa qol olmayıb və matç “Arsenal”ın minimal hesablı qələbəsi ilə bitib.
Son xəbərlər
06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
Daxili siyasət
06:51
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes