"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalında "Çelsi"ni səfərdə məğlub edib
Futbol
- 15 yanvar, 2026
- 02:11
Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun yarımfinalı çərçivəsində səfərdə "Çelsi"yə qalib gəlib.
"Report" xəbər verir ki, paytaxt derbisi 3:2 hesabı ilə başa çatıb.
Yeddinci dəqiqədə "topçular"ın müdafiəçisi Ben Uayt künc zərbəsindən ötürmədən sonra baş zərbəsi ilə hesabı açıb. 49-cu dəqiqədə hücumçu Viktor Dyökereş komandasının üstünlüyünü ikiqat artırıb.
57-ci dəqiqədə "Çelsi"nin vingeri Alexandro Qarnaço fərqi azaldıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Martin Subimendi "Arsenal"ın üçüncü qolunu vurub. 12 dəqiqə sonra Qarnaço dublunu rəsmiləşdirib.
Yarımfinalın cavab oyunu fevralın 2-də baş tutacaq.
Turnirin martın 22-də keçiriləcək finalında bu cütün qalibi "Mançester Siti" - "Nyukasl" matçının güclüsü ilə qarşılaşacaq.
Son xəbərlər
13:59
Münxen Təhlükəsizlik Konfransı işə başlayıb
Digər ölkələr13:55
Azərbaycanda orqan transplantasiyasından sonra dünyaya övlad gətirən qadınların sayı açıqlanıb – EKSKLÜZİV
Sağlamlıq13:49
Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu gələn həftə baş tutacaq
Region13:49
Azərbaycan klubu monteneqrolu legioneri ilə yolları ayırıb
Komanda13:44
Gürcüstan bu il 4 000-ə yaxın qanunsuz miqrantı ölkədən çıxarmağı planlaşdırır
Region13:43
"Sabah" iki futbolçusu ilə yolları ayırıb
Futbol13:35
Foto
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib
Hərbi13:25
Ukraynanın Aİ-yə üzvlük prosesi müzakirə edilib
Digər ölkələr13:24