İngiltərə Kuboku: “Mançester Siti” finala çıxıb
Futbol
- 20 aprel, 2024
- 19:27
İngiltərə Kubokunun yarımfinal mərhələsində “Çelsi”ni minimal hesabla yenən “Mançester Siti” turnirin finalına vəsiqə qazanıb.
“Report” xəbər verir ki, Maykl Oliverin idarə etdiyi matç Londondakı “Uembli” stadionunda baş tutub.
84-cü dəqiqədə “şəhərlilər”in portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silva matçdakı yeganə qolun müəllifi olub.
Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun finalına yüksəlib və burada “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, kubokun 1/4 final mərhələsində “Mançester Siti” “Nyukasl Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib. Həmin qarşıdurmada da qolları Bernardu Silva vurub.
Son xəbərlər
08:11
Foto
Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur07:59
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
Digər ölkələr07:44
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır
Digər ölkələr07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39