"İnter" PSJ-nin futbolçusuna görə 65 milyon avro ödəməyə hazırdır
Futbol
- 01 noyabr, 2016
- 04:26
Bakı. 1 noyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" və "Milan" klublarının ardından "İnter" də PSJ-nin yarımmüdafiəçisi Marko Verratti ilə maraqlanmağa başlayıb. "Neradzurri" 23 yaşlı futbolçuya görə 65 milyon avro təklif etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə "Gazzetta dello Sport"a istinadən "Football Italia" məlumat yayıb.
Mənbənin məlumatına görə, onun İtaliya klubuna keçidi artıq bu qış transfer pəncərəsində baş tuta bilər. Yaxın vaxtlarda tərəflər danışıqlara başlamalıdırlar. Sövdələşmənin bir hissəsi olaraq "İnter"in iki futbolçusu - Marselo Brozoviç və Joffrey Kondoqbia Paris klubuna keçə bilər.
Verratti cari mövsümdə Paris komandasının heyətində keçirdiyi 12 oyuna 1 qol vurub və 1 qol ötürməsi edib.
Son xəbərlər
13:19
Bakı və bəzi rayonlara yağış, Şahdağa isə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Ekologiya13:11
Foto
Bakıda mədəniyyət və hüquq məsələləri ilə bağlı panel müzakirə keçirilib
Mədəniyyət13:11
Belçika, Niderland və Lüksemburqun XİN nümayəndələri Azərbaycana səfər ediblər
Xarici siyasət13:03
Əmək Məcəlləsinə məzuniyyətlə bağlı təklif olunan dəyişikliyin mahiyyəti açıqlanıb
Milli Məclis13:00
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb
Digər ölkələr12:55
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət alıb
Futbol12:55
Alen Simonyan: Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək
Region12:48
Azərbaycan–Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir - RƏY
Xarici siyasət12:47
Foto