Honkonq Messiyə görə "İnter Mayami" ilə oyunun təşkilatçılarını cəzalandıracaq

Honkonq Messiyə görə "İnter Mayami" ilə oyunun təşkilatçılarını cəzalandıracaq Honq-Konqun İrimiqyaslı İdman Tədbirləri Komitəsi yerli çempionatın bütün ulduzlar komandasının “İnter Mayami” ilə yoldaşlıq oyununun təşkilatçılarına ayrılan maliyyə vəsaitini kəsəcəyini vəd edib.
Futbol
4 Fevral , 2024 23:39
Honkonq Messiyə görə İnter Mayami ilə oyunun təşkilatçılarını cəzalandıracaq

Honkonqun İrimiqyaslı İdman Tədbirləri Komitəsi yerli çempionatın bütün ulduzlar komandasının “İnter Mayami” ilə yoldaşlıq oyununun təşkilatçılarına ayrılan maliyyə vəsaitini kəsəcəyini vəd edib.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə “İnter Mayami”yə 1:4 hesabı ilə uduzub. Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyatda qalıb və bu səbəbdən tamaşaçılar oyun zamanı tribunadan biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra "İnter Mayami"nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, fitə basılıb. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb. Qeyd olunur ki, bu matç üçün biletin qiyməti təxminən 108 ABŞ dolları olub.

Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayamiy”ə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk titulunu - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Hazırda MLS-də mövsümlərarası fasilədir.

Son xəbərlər

Orphus sistemi