Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb

Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb.
Futbol
18 Sentyabr , 2024 09:21
Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb
Harri Keyn

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb.

"Report"un "Opta Sport"a istinadən məlumatına görə, 31 yaşlı hücumçu buna evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 9:2 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin I turunun oyununda nail olub.

Sözügedən qarşılaşmada poker edən təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı.

Keyn həm də "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Runinin hesabında 30 qol var.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında "Tottenhem"dən Münhen klubuna keçib.

Son xəbərlər

Orphus sistemi