"Gent"in kapitanı: "Qarabağ"la matçda həvəsli olacağıq"
Futbol
- 20 fevral, 2023
- 05:03
"Hər kəs bu matçda həvəsli və hazır olacaq".
"Report"un məlumatına görə, bunu "Gent"in kapitanı Sven Kums Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
"Aud-Heverle Lövyen"ə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra danışan 35 yaşlı yarımmüdafiəçi onlar üçün gərgin həftənin davam etdiyini bildirib.
Belçikalı oyunçu buna baxmayaraq, özünü yaxşı hiss etdiyini söyləyib: "Oynamaq istəyirəm. Başqaları barədə danışa bilmərəm, amma mən özümə qulluq edirəm. Yorulduğumu deyə bilmərəm".
Qeyd edək ki, fevralın 23-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. "Qarabağ" ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.
Son xəbərlər
18:30
Azərbaycan və Almaniya iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə edib
Ekologiya18:29
1200 manatlıq qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən 22 yaşlı şəxs saxlanılıb
Hadisə18:20
Milli Aviasiya Akademiyasında "Ansys" proqramı ilə rəqəmsal modelləşdirmə genişlənir
İKT18:17
Foto
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
Xarici siyasət18:11
Foto
Azərbaycan ilə Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb
Elm və təhsil18:05
Azərbaycan daha bir ölkəyə makaron tədarük etməyə başlayıb
Biznes18:03
Foto
ADDA ilə İsrailin təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub
Elm və təhsil18:03
Azərbaycan pambıq lifi ixracından gəlirini 35 %-ə yaxın artırıb
İqtisadiyyat17:59