Futbolçunu dizi ilə vuran FIFA referisi diskvalifikasiya olunub
Futbol
- 05 aprel, 2023
- 05:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksika çempionatının XIII turunda keçirilən “Amerika” – “Leon” oyununda qonaq komandanın futbolçusunu dizi ilə vuran FIFA referisi Fernando Ernandes Qomes diskvalifikasiya olunub.
“Report” xəbər verir ki, Meksika Futbol Federasiyasının İntizam Komissiyası hakimə 12 oyunluq cəza verib.
Qərarda bildirilib ki, Qomes futbolçuya qarşı kobud hərəkət edərək, federasiyanın Sanksiyalar Qaydalarının 30-cu maddəsini pozduğu üçün belə bir cəzaya məruz qalıb.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın 65-ci dəqiqəsində Fernando Ernandes Qomes ona etiraz edən “Leon”un oyunçusu Lukas Romeronun qasıq nahiyəsinə dizi ilə vurub.
Son xəbərlər
12:43
Milanda gənclərin etirazları səbəbindən təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
12:43
Foto
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - Yenilənib
Qarabağ
12:38
Foto
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Mədəniyyət siyasəti
12:37
Səməd Bəşirli: "Azərbaycan son 6 ildə 49 milyard dollar xarici investisiya cəlb edib"
İqtisadiyyat
12:37
XİN-də Azərbaycan-Hindistan münasibətlərinin gündəliyi müzakirə edilib
Xarici siyasət
12:35
Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"
Futbol
12:34
Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
Milli Məclis
12:33
MM elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılmasını I oxunuşda qəbul edib
Milli Məclis
12:33
İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
Daxili siyasət