Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün formatı müəyyənləşib

Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün formatı müəyyənləşib Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün formatı müəyyənləşib.
Futbol
22 Avqust , 2023 15:20
Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün formatı müəyyənləşib
Aslan Şahgəldiyev

Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün formatı müəyyənləşib.

“Report”un məlumatına görə, oyunlar sentyabr-noyabr və mart-may aylarında keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev püşkatma mərasimi zamanı məlumat verib. Qurum rəsmisi bunu arenaların durumu ilə əlaqələndirib: “Qış aylarında meydançaların durumu yaxşı vəziyyətdə olmadığı üçün belə qərara gəldik. İşlədikcə problemləri görəcəyik. Amma problemdən qorxmaq lazım deyil. Bəzi komandalar ilk dəfədir ki, peşəkar yarışda təmsil olunacaqlar. Bu səbəbdən infrastrukturla bağlı problemlərin olması başadüşüləndir”.

A.Şahgəldiyev II Liqada sonuncu yeri tutan komandanın Region Liqasına düşəcəyini əlavə edib: “Maraqlı və gərgin çempionat gözləyirik. Çünki idman prinsipləri qorunacaq. II Liqada sonuncu yeri tutan komanda Region Liqasına düşəcək, 13-cü olacaq klub isə Region Liqasının ikincisi ilə pley-off oynayacaq”.
Qeyd edək ki, II Liqada mövsümə sentyabrın 4-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi