Fransa millisinin futbolçusu: "Məqsədimiz qələbə qazanmaq və statistikanı yaxşılaşdırmaqdır"

Futbol
  • 15 noyabr, 2025
  • 17:09
Fransa millisinin futbolçusu: Məqsədimiz qələbə qazanmaq və statistikanı yaxşılaşdırmaqdır

Fransa millisinin məqsədi DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycanla keçirəcəyi matçda qələbə qazanmaqdır.

"Report" xəbər verir ki, bunu Fransa millisinin futbolçusu İbrahima Konate matçdan əvvəl mətbuat konfransında deyib.

O, qarşılaşmadan zövq almağa çalışacaqlarını deyib:

"Kapitan olub-olmayacağını bilmirəm. Oyun çətin keçə bilər. Çalışırıq zövq alaq. Məqsədimiz qələbə qazanmaq və statistikanı yaxşılaşdırmaqdır. İlk oyunda Azərbaycan yığması bizi təəccübləndirmişdi. Bilirəm, bəlkə də bu fikirlərimə görə məni tənqid edəcəksiniz. Sabah nə olur-olsun, artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin etmişik. Qarşıdakı matçlara fokuslanmırıq. Anı yaşayırıq. Azərbaycan yığması ilk oyunda keyfiyyətini göstərmişdi".

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti