"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər
Futbol
- 12 noyabr, 2022
- 06:58
"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.
"Report" "torcedores.com" saytına istinadən xəbər verir ki, buna səbəb yarışın Çin mərhələsinin təşkilinin sual altına düşməsidir. Şanxay trasında keçirilən Qran-prinin ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə təxirə salınacağı istisna olunmur.
Bu baş verərsə, Çin Qran-prisindən əvvəlki və sonrakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. Bu isə təşkilatçılara sərf etmir. Məhz həmin fasiləni 3 həftəyə endirmək üçün Azərbaycan Qran-prisi nəzərdə tutulan vaxtdan 1 həftə tez keçirilə bilər.
Qeyd edək ki, "Formula 1"in rəsmi saytının açıqladığı təqvimdə Bakıdakı yarışın 28 - 30 apreldə olacağı göstərilib.
Son xəbərlər
05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35
Sibiqa: Moskva sülh səylərini rədd edir
Digər ölkələr03:06
Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik
İnfrastruktur02:49
Maduronun vəkili məhkəmədə Venesuela Prezidentinin immunitetini bəyan edib
Digər ölkələr02:30
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib
Digər ölkələr02:02