"Ferentsvaroş"un əslən azərbaycanlı prezidenti Bakıya gəlib

"Ferentsvaroş"un əslən azərbaycanlı prezidenti Bakıya gəlib Macarıstanın "Ferentsvaroş" klubunun əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib.
Futbol
2 Avqust , 2022 22:07
Ferentsvaroşun əslən azərbaycanlı prezidenti Bakıya gəlib

Macarıstanın "Ferentsvaroş" klubunun əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib.

Budapeşt təmsilçisinə yaxın mənbədən "Report"a verilən məlumata görə, o, şəxsi təyyarəsi ilə yenicə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Funksioner Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyurub.

Kubatovun Azərbaycanla bağlılığına da toxunan mənbə bildirib ki, Macarıstan parlamentinin deputatı vikipediyada naxçıvanlı kimi göstərilsə də, o, ana tərəfdən əslən Quba yəhudilərindədir: "Onların təqribən 100 il öncə Macarıstana köçdükləri barədə məlumatlar var".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Son xəbərlər

Orphus sistemi